Trampın qatıldığı tədbirdə koronavirus təşvişi: Şok

8-03-2020, 09:53           
Trampın qatıldığı tədbirdə koronavirus təşvişi: Şok
ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Mayk Pensin Merilend əyalətində qatıldığı toplantıda koronavirus təşvişi yaşanıb.

Teleqraf.com xəbər verir ki, tədbir iştirakçılarından birində Covid -19 yeni növ koronavirus aşkarlanıb.

Həmin şəxsin Tramp və Penslə təmas qurmadığı açıqlanıb. Fevralın 29-da baş tutan tədbirin təşkilatçısı ABŞ Mühafizəkarlar Birliyi Tramp admisitrasiyasının vəziyyətdən xəbərdar olduğunu açıqlayıb.

Ağ Evin sözçüsü Stefani Qrişam Trampın ailəsi və Ağ Ev üçün koronavirusla mübarizə tədbirlərinin görüldüyünü, ölkə başçısı və vitse-prezidentin koronavirusa yoluxan şəxslə görüşmədiklərini bəyan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru