Tu-142-lər Britaniya sərhədində: Qırıcılar qaldırıldı

8-03-2020, 11:14           
Tu-142-lər Britaniya sərhədində: Qırıcılar qaldırıldı
Britaniya Hərbi Hava Qüvvələrinə məxsus “Tayfun” qırıcıları ölkənin maraq dairəsi zonasına daxil olan Rusiyanın Tu-142 təyyarələrini müşayiət etmək məqsədilə havaya qaldırılıb.

Axar.az xəbər verir ki, bu barədə Kral Hərbi Hava Qüvvələri rəsmi açıqlama yayıb.

“Hər an uçuşa hazır vəziyyətdə olan “Tayfun” qırıcıları Lossimut və Koninqsbikəki bazalardan havaya qaldırlıb. Bu, Britaniya hava məkanına yaxınlaşan Rusiya təyyarələrinə bir cavab addımı idi”, - məlumatda qeyd olunub.

Lossimut bazasının Tvitter səhifəsində Rusiya təyyarələrinin Britaniya hava məkanını pozmadığı bildirilib.

“Skay Nyus” kanalı isə Britaniyanın iki rus təyyarəsinə görə 6 “Tayfun” və 1 “Voyager” yanacaqdaşıyan təyyarələrinin qaldırıldığını yazıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru