Avropada koronavirus sürətlə yayılır

9-03-2020, 00:00           
Avropada koronavirus sürətlə yayılır
Avropada koronavirusa yoluxanların sayı artmaqda davam edir. “Report” xəbər verir ki, İsveçdə koronavirusa yoluxanların sayı 203nəfərə çatıb. Stokholmda virusa 115 nəfər yoluxub.

Yonçyepinq, Vestra-Yetaland, Vermland, Erebru və Evlenborq şəhərlərində də koronavirusa yoluxma halı qeydə alınıb. Yoluxanların çoxu İtaliya və İrana səfər edən şəxslərdir.

Almaniyada isə koronavirusa yoluxma halları 900-ü ötüb. Bu barədə ölkədə koronavirusa yoluxanların statistikasını aparan Robert Koh adına institutu məlumat yayıb.

Virusa yoluxanların təxminən yarısı Şimali Reyn-Vestfaliyanın ən böyük torpaqlarında yaşayır (398 nəfər). Saksoniya-Anhalt əyalətindən başqa Almaniyanın bütün bölgələrində yoluxan şəxslər qeydə alınıb.

Fransada da koronavirusa yoluxanların sayı artmaqda davam edir. Ölkədə koronavirusa yoluxma halları 949-dan 1 126-a yüksəlib. Virusa yoluxanlardan 50-yə yaxının vəziyyəti ağırdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru