Portuqaliya Prezidenti karantinə alındı – Koronavirus şübhəsi ilə

9-03-2020, 08:21           
Portuqaliya Prezidenti karantinə alındı –
Portuqaliya Prezidenti Marselu Rebelu di Soza karantinə alınıb.

Bu barədə prezidentin rəsmi saytında yazılıb.

Məlumata görə, Di Soza koronavirusdan əziyyət çəkmir və bu qərarı ehtiyat tədbiri kimi qəbul edib.

“Prezidentdə xəstəliyin simptomları aşkarlanmasa da, onun yaxın 2 həftə ərzində bütün ictimai tədbirləri təxirə salınıb”, – deyə məlumatda bildirilir.

Xatırladaq ki, bu həftə Portuqaliyanın Prezident sarayını ziyarət edən məktəblilərdə daha sonra koronavirus tapılmışdı.

Ölkədə “Covid-19”-a yoluxanların sayı 25-dir/Qafqazinfo












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru