Çinin baş epidemioloqu koronavirusun nə vaxtadək yayılacağını açıqladı

9-03-2020, 18:32           
Çinin baş epidemioloqu koronavirusun nə vaxtadək yayılacağını açıqladı
COVİD-19 virusunun yayılması ən azı iyun ayınadək davam edəcək.

Teref.az report-a istinadən xəbər verir ki, bu barədə Çinin baş epidemioloqu Jonq Nanşan deyib.

“Sərhədlərdə tibbi yoxlamalar gücləndirilməlidir, karantin tədbirləri dənizətrafı bölgələrdən gələnlərə şamil olunmalıdır. Yeni koronavirusa ciddi şəkildə məruz qalan bölgələrdən biri kimi Quanqdonq əyalətinə qoruma vasitələri, test dəstləri, müalicə texnologiyaları göndərilməlidir”, - J.Nanşan qeyd edib.

Bu gün ölkənin Milli Səhiyyə Komissiyası son 24 saat ərzində Uhan şəhərində 40 yeni yoluxma halının qeydə alındığını, daha dörd nəfərin Qansu əyalətində kənardan yoluxduğunu, ölkədə 22 nəfərin isə virusdan öldüyünü açıqlayıb. Bütövlükdə indiyədək ölkəboyu virusa yoluxanların 80 735, ölənlərin 3 119 nəfər olduğu bildirilir.

Həmçinin Pekin bələdiyyəsi şəhərdəki əcnəbilərə zərurət olmadan səyahətə çıxmamaları barədə xəbərdarlıq edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru