Bölgədə gərginliyi artıracaq həmlə: Çen İn qorxunc silahlarını üzə çıxarır

10-03-2020, 00:00           
Bölgədə gərginliyi artıracaq həmlə: Çen İn qorxunc silahlarını üzə çıxarır
Şimali Koreya 3 ballistik raketini sınaqdan keçirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Cənubi Koreya Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Raketlər Şimali Koreyanın Hamqyonq bölgəsindən atılıb. Açıqlamada raketlərin Yapon dənizinə düşdüyü bildirilib.

Əlavə edək ki, Şimali Koreya ötən həftənin əvvəlində də 2 ballistik raketini sınaqdan keçirmişdi.

Şimali Koreya lideri Kim Çen İn Yeni il nitqində yaxın gələcəkdə yeni nəsil strateji silahlarını təqdim edəcəyini açıqlamışdı. Yaponiya tərəfi bunun qitələrarası ballistik raket (ICBM) və ya sualtı ballistik raket (SLBM) ola biləcəyini ehtimal edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru