Britaniyada nazir müavini koronavirusa yoluxdu

11-03-2020, 08:05           
Britaniyada nazir müavini koronavirusa yoluxdu
Britaniyanın səhiyyə nazirinin pasiyentlərin təhlükəsizlik məsələləri üzrə müavini Nadin Dorris koronavirusa yoluxduğunu elan edib.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

"Koronavirusla bağlı analizlərimin müsbət nəticə verdiyini təsdiq edə bilərəm. Bu barədə mənə məlumat verən kimi evdə bütün lazımi tədbirləri gördüm və özümü təcrid etdim.

İngiltərənin İctimai Sağlamlığın Mühafizəsi İdarəsi əlaqələrimi ətraflı tədqiq etməyə başladı, parlamentdə mənim ofisim bütün təlimatları diqqətlə yerinə yetirir. İctimai Sağlamlığın Mühafizəsi İdarəsinə və bizim Səhiyyə üzrə Milli Şuraya məsləhətinə və köməyinə görə təşəkkür etmək istərdim", - koronavirusa yoluxmuş Dorrisin bəyanatında qeyd edilir.
Britaniya KİV-inin məlumatına görə, Dorris ötən cümə axşamı ölkənin baş nazirinin qəbulunda olub və növbəti gün özünü pis hiss edib.

Britaniyada son bir gündə 54 nəfər koronavirusa yoluxub və ölkə üzrə koronavirusa yoluxanların sayı ümumilikdə 373 nəfərə çatıb. Ölkədə 6 nəfər koronavirusun qurbanı olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.