İngiltərədə hansı heyvan cinsinə aid olduğu bilinməyən canlı görünüb...

6-06-2020, 00:02           
İngiltərədə hansı heyvan cinsinə aid olduğu bilinməyən canlı görünüb...
İngiltərədə hansı heyvan cinsinə aid olduğu bilinməyən "keçəl" canlı görünüb.

Moderator.az-ın məlumatına görə, hadisə Kolderdeyl rayonunda, Uest-Yorkşir qraflığında baş verib.

İtlə gəzməyə hazırlaşan Treysi Lou adlı şəxs avtomobilini yaxınlıqda park etmək istəyərkən qəribə, tüksüz canlının maşına yaxınlaşdığını görüb. Heyvan sanki dostcasına onu da götürməyini istəyirmiş.

Treysi Lounun sözlərinə görə, "keçəl" canlı beş-on dəqiqə ürkmədən durub ona və maşına baxıb. Bu vaxt ərzində "keçəl"i telefona çəkməyə macal tapan Treysi Lou bildirir ki, bu heyvan çox fərqlidir.

Lounun iti qəribə heyvandan qorxub hürürmüş. Əslində yırtıcı olmayan tüksüz heyvan isə çəkinmədən daha da irəli yeriyib, amma bir müddət sonra insana qoşula bilməyəcəyini anlayaraq küskün halda parkda gözdən itib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.