Öz südünü övladına qıymayan qadının analıqdan danışmağa haqqı yoxdur -SOSİOLOQ "OD PÜSKÜRDÜ"

14-05-2024, 18:45           
Öz südünü övladına qıymayan qadının analıqdan danışmağa haqqı yoxdur -SOSİOLOQ "OD PÜSKÜRDÜ"
"Mənim anam 14 uşaq dünyaya gətirmişdi. O qədər cavan qalmışdı ki, Bakıya gələndə elə bilirdilər, bacımdır”.
Bunu Baku TV-də yayımlanan "Qapqara” verilişində Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı deyib. O, müasir cəmiyyətdə bəzi qadınların övladlarını düzgün böyütmək məsuliyyətinin az olmasından gileylənib:
"Uşağı əməliyyatla dünyaya gətirirlər, ona öz südlərini vermirlər. Övladlarına layla oxumurlar, imkanı olanlar dayə tuturlar, mane olmasın deyə uşağa telefon verib başını qatırlar. Bunun nəyi analıqdır?!”. Millət vəkili verilişdə onu da söyləyib ki, heç vaxt nə vəzifəsindən, nə də adından sui-istifadə etməyib:
"Heç vaxt haramla işim olmayıb. Halallıq dəbdən düşmüş sözdür. Amma halallıq onsuz da dəb üçün deyil, insanın içindəki rahatlığı qorumaq üçündür”.

Mövzuya münasibət bildirən sosioloq Lalə Mehralı "Sherg.az"a bildirib ki, Sabir bəy haqlı olaraq etiraz edib:
"Qadınların çoxu təbii yolla dünyaya uşaq gətirməkdən imtina edirlər. Çünki ağrı, əziyyət çəkmək istəmirlər. Təbii ki, ananın və uşağın həyatı üçün təhlükə varsa, keysəriyyə ən optimal variantdır. Bu halda həmin üsulun böyük əhəmiyyatı var. Lakin buna ehtiyac yoxdursa, qadın övladını təbii yolla dünyaya gətirməlidir. Hər bir xanım uşaq istədikdə bu çətinliklərdən keçməyə razılıq vermiş sayılır. Doğuş normal prosedurdu və hər bir xanım həmin yoldan keçməlidir. Təbii doğuş zamanı uşağın dünyaya hazırlanma mərhələsi gedir. Həmin dövrü isə analar uşaqların əlindən alır. Müasir analar süd vəzilərinin pozulmaması üçün süd verməkdən imtina edirlər. Dünyanın ən böyük möcüzəvi qidasını övladlarından məhrum edirlər və süni qidalar verirlər. Təbii ki, həmin qidaların tərkibinə nələr qatıldığını bilmirlər. Öz südünü övladına qıymayan qadının analıqdan danışmağa haqqı yoxdur. Dövrün ən böyük bəlası smartfonlardır. Bu artıq ciddi formada xəstəliyə səbəb olub. Bir qadın övladına baxmaq, onla məşğul olmaq istəmirsə, dünyaya uşaq niyə gətirir? Əlinə telefon verib, dayəyə əmanət etməklə uşağa tərbiyə vermək olar?".
L.Mehralı diqqətə çatdırıb ki, hər bir uşaq yanında güvəndiyi, qayğısını hiss edəcək valideynini istəyir:
"Bəzən analar maddi problemlərə görə, işləmək məcburiyyətində qalırlar. Mən də işləyən bir ana olaraq, övladımı bağçaya göndərirəm. Ancaq bu o demək deyil ki, onunla vaxt keçirmirəm. Həmçinin, bütün körpələrə layla oxumaq lazımdır. Bu milli koddur. Hər bir millətin özünəməxsus nəğməsi var və bu da uşağın milli kimliyini formalaşdırır. Kənardan bəsit görünsə də bu ciddi məsələdir. Kimisi "youtube"-da layla qoyur. Amma ananın səsi ilə laylanı eşitdikdə həmin bağ daha da möhkəmlənir. Əgər uşaq laylanı da telefonla dinləyəcəksə, bəs ananın rolu nədən ibarətdir?".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.