Yeni Kaledoniyada polislə nümayişçilər arasında toqquşmalar - FOTO

14-05-2024, 16:34           
Yeni Kaledoniyada polislə nümayişçilər arasında toqquşmalar - FOTO
Fransanın dənizaşırı ərazisi olan Yeni Kaledoniyada polislə etiraz edən nümayişçilər arasında toqquşmalar olub.

Bildirilib ki, toqquşmalar zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılara qarşı zorakılıq tətbiq ediblər. Polis nümayişçiləri gözyaşardıcı qazla dağıtmağa çalışıb.

Qeyd olunub ki, paytaxt Numeada, aerodromun yaxınlığında bir neçə avtomobil yandırılıb.

Cənub əyaləti assambleyasının prezidenti və loyalistlərin lideri Sonya Bakes kaledoniyalıları evdə qalmağa çağırıb.



Mənbə: France İnfo












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru