İcbari tibbi sığortada YENİLİK: Bəzi müayinələr pulsuz olacaq - VİDEO

14-05-2024, 15:58           
İcbari tibbi sığortada YENİLİK: Bəzi müayinələr pulsuz olacaq - VİDEO
“İcbari tibbi sığorta hesabına 2021-23-cü illər ərzində 8 100-dən çox koronar şuntlama əməliyyatı icra olunub”.

Bu sözləri Baku TV-yə açıqlamasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdiri Leyla Lətifova bildirib.

“Ürəyin işemik xəstəliyinin diaqnozu elektrokardioqram, exokardioqram, müəyyən laborator müayinələr, qanın testi, tredmill testləri icbari tibbi sığorta paketində var və bu müayinələr üçün ödəniş etməyə ehtiyac yoxdur. Eyni zamanda, vətəndaşın xəstəxanada yatış dövründə qidalanması da icbari tibbi sığorta hesabına qarşılanır. Əgər vətəndaş 12 yaşa qədər uşaqdırsa, onu müşayiət edən şəxsin də qidalanması sığortaya daxildir”, - deyə o qeyd edib.
Ətraflı süjetdə:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.