Bu il çimərliklərdə hansı təhlükə gözlənilir? - Ekspertlərdən xəbərdarlıq

14-05-2024, 12:38           
Bu il çimərliklərdə hansı təhlükə gözlənilir? -
Xəzər dənizində suyun səviyyəsinin azalması çimərliklərdə problem yarada bilər.

Ekspertlər bildiriblər ki, dənizin suyunun bu qədər çəkilməsi ciddi ekoloji problemdir və sahilboyu obyektlərin fəaliyyətinə də təsirsiz ötüşməyəcək.

Bundan başqa, su geri çəkildiyi üçün bəzi ərazilərdə çimərliyə üz tutanlar daha da irəli getməli olacaqlar ki, bu da təhlükəli ola bilər.

Təhlükəsizlik eksperti Elmar Nurəliyev bildirib ki, suyun səviyyəsinin azalması səbəbi ilə çimərliklərin dibinin relyefində dəyişikliklər baş verir. Bu səbəbdən vətəndaşlar yalnız icazəli ərazilərdə çimməlidirlər.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, çimərlik mövsümünə hazırlıqla əlaqədar olaraq Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən aidiyyəti zəruri təhlükəsizlik tədbirləri görülür.

Belə ki, bu məqsədlə aprel ayından etibarən rayon icra hakimiyyətlərinin məsul əməkdaşlarının iştirakı ilə sahilboyu ərazilərdə monitorinqlər aparılır.

Ətraflı “Xəzər Xəbər”in süjetində:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru