Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - YENİ TƏYİNAT

14-05-2024, 12:49           
 Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - YENİ TƏYİNAT
Baş Prokurorluqda yeni kadr dəyişikliyi olub.

Manşet.az-ın əldə əldə etdiyi məlumata görə, müvafiq əmrlə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraat idarəsinin rəis müavini Şəmşir Şəmşirli öz istəyi ilə ərizə yazaraq vəzifəsindən ayrılıb.

Baş prokuror Kamran Əliyevin digər əmri ilə həmin vəzifəyə baş ədliyyə müşaviri Əsəd Əliyev təyin edilib. Əsəd Əliyev bundan əvvəl adıçəkilən idarədə böyük prokuror vəzifəsində çalışıb.

Qeyd edək ki, Şəmşir Şəmşirli Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanovun oğludur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru