Hansı sahələrə investisiya yatırmaq daha sərfəlidir? - VİDEO
14-05-2024, 16:58
“Sizin gələcək rifahınız verdiyiniz qərarlardan asılıdır”.
Bu sözlərin müəllifi məşhur ABŞ-li milyarder Rokfellerdir. Hazırkı dövrdə də gəlirlərimizi artırmaq haqqında daim düşünürük. Bunun üçün doğru yatırım ən uğurlu seçimdir. Lakin bu yatırımın yanlış edilməsi vəsaitin tam itirilməsi və qazanc əldə etməməklə nəticələnə bilər.
Bəs düzgün qərarı necə verməliyik?
İqtisadçı Xalid Kərimli bildirib ki, hazırda yatırım etmək üçün ən az riskli və uğurlu hesab olunan sahə torpaqdır. Onun sözlərinə görə, paytaxtda çox məhdud sayda torpaq sahələrinin qaldığını nəzərə alsaq, bura yatırım etməyə daim tələbat var.