Tbilisidə etiraz aksiyaları zamanı həbs edilənlər arasında ABŞ, Rusiya və Moldova vətəndaşları da olub

14-05-2024, 12:54           
Tbilisidə etiraz aksiyaları zamanı həbs edilənlər arasında ABŞ, Rusiya və Moldova vətəndaşları da olub
Keçən həftəsonu Tbilisidə minlərlə insan "Xarici təsir haqqında" qanun layihəsinə etiraz edib. Azadlıq Radiosunun Gürcüstan xidmətinin bildirdiyinə görə, son günlər təhlükəsizlik qüvvələri azı 20 nəfəri döyüb və həbs edib. Gürcüstan parlamenti qanun layihəsinə bazar ertəsi üçüncü və yekun oxunuşda baxacaq.

Səsvermədən bir gün əvvəl Gürcüstan parlamentinin hüquq komitəsi qanun layihəsini üçüncü oxunuşda 67 saniyə ərzində nəzərdən keçirib və təsdiqləyib. Komitənin rəhbəri Anri Oxanaşvilinin sözlərinə görə, üçüncü oxunuşda hakim "Gürcü Arzusu" partiyasının deputatlarında olmayan redaktə xarakterli düzəlişlər nəzərdə tutulur.

Bazar ertəsi, mayın 13-nə keçən gecə bir neçə min etirazçı yenidən Gürcüstan parlamentinin binası yaxınlığında toplaşaraq, hakim partiyadan olan deputatların binaya daxil olmasına və səsvermə proseduruna başlamasına mane olmaq istəyib.

Amma deputatlar parlament binasına girə bilib. Bunun üçün xüsusi təyinatlılar nümayişçiləri binunın girişlərindən uzaqlaşdırıb və azı 20 nəfər saxlanılaraq döyülüb. Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, saxlanılanlar arasında Rusiya və ABŞ vətəndaşları da olub.

Gürcüstanın İmedi telekanalı da Moldova vətəndaşının həbs edildiyini bildirib. O, polis əməkdaşlarını təhqir etməkdə, daha sonra isə təhlükəsizlik qüvvələri ilə dalaşmaqda və qaz balonundan istifadə etməkdə ittiham olunub.

Bütün həftəsonu Gürcüstan paytaxtının mərkəzi küçələrində minlərlə insanın iştirak etdiyi nümayişlər keçirilib.

Şənbə günü, mayın 11-də Tbilisinin mərkəzində siyasətçilərin, tələbələrin, mülki fəalların, müəllimlərin və həkimlərin iştirak etdiyi "xarici agentlər" haqqında qanuna qarşı "Avropa marşı" keçirilib. Aksiyada Tbilisi sakinlərindən əlavə, Gürcüstanın digər şəhərlərindən gələn insanlar da iştirak edib.

ABŞ Konqresi həmçinin Gürcüstan hökumətini amerikalı qanunvericilərin "fəlakət" adlandırdığı "xarici agentlər" haqqında qanun layihəsini dərhal geri ləğv etməyə çağırıb.

Konqresmenlər qanun layihəsi qəbul olunarsa, ABŞ-ın Gürcüstanla bağlı siyasətində "fundamental dəyişikliyi" dəstəkləyəcəklərini və bunun xüsusilə Tbilisiyə maliyyə yardımının nəzərdən keçirilməsinə, həmçinin viza qadağalarının və maliyyə sanksiyalarının genişləndirilməsinə səbəb ola biləcəyini bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.