FED yenə uçot dərəcəsini 0-0,25% faiz saxladı

11-06-2020, 00:02           
FED yenə uçot dərəcəsini 0-0,25% faiz saxladı
ABŞ-ın mərkəzi bankı funksiyalarını yerinə yetirən Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini 0-0,25 faiz saxlayıb.

“Report” xəbər verir ki, bu barədə maliyyə tənzimçisinin xəbərində deyilir.

“İctimai səhiyyənin davam edən böhranı ən yaxın perspektivdə iqtisadi fəallığa, məşğulluğa və inflyasiyaya əhəmiyyətli dərəcədə təsir edəcək və orta müddətli perspektivdə iqtisadi perspektivlər üçün əhəmiyyətli risklər yaradır. Bu hadisələri nəzərə alaraq komitə federal fondlar üzrə payın məqsədli diapazonu səviyyəsini 0-0,25% saxlamağa qərar verib", - tənzimçinin saytındakı xəbərdə deyilir.

Qeyd edək ki, FED 2020-ci ildə ABŞ-da işsizlik üzrə proqnozu 3,5%-dən 9,3%-ə qədər, 2021-ci ildə - 3,6%-dən 6,5%-ə qədər artırıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.