Gürcüstan rus ordusu ilə hədələndi: “Qarşıdurma baş versə...”

4-07-2020, 01:26           
Gürcüstan rus ordusu ilə hədələndi: “Qarşıdurma baş versə...”
“Abxaziya və onun vətəndaşları Gürcüstanla normal münasibətlərdə maraqlıdırlar. Amma problem bizdə deyil”.

Teleqraf.com xəbər verir ki, bunu tanınmamış Abxaziya Respublikasının başçısı Aslan Bjaniya deyib.

Bjaniya Gürcüstanı Abxaziyanın müstəqilliyini tanımağa çağırıb.

Onun fikrincə, Gürcüstan başlanğıc üçün Abxaziyaya qarşı güc tətbiq edilməməsinə dair saziş imzalaya bilər: “Belə bir razılaşma mümkün dialoqumuz üçün bir fürsət təmin edəcək”.

O, eyni zamanda Abxaziyanın Gürcüstan və NATO-nun birgə hərbi fəallığının artmasından narahat olmadığını bildirib: “Abxaziya Müdafiə Nazirliyi Rusiya Müdafiə Nazirliyi, o cümlədən 7-ci hərbi bazanın komandanlığı ilə sıx əməkdaşlıq edir. Ortaq planlarımızın bir hissəsi olaraq burada təlimlər keçiririk. Qarşıdurmanın yaranmasında maraqlı deyilik.

Ancaq qüvvələrimiz mümkün təcavüzü dəf etməyə hazır olmalıdır. Rusiya Silahlı Qüvvələri ilə birlikdə hazırlığımız gələcəyə sakitcə baxmağa imkan verir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.