Bu il Sibirdə yanğın fəlakəti gözlənilir! - Ekoloqlar

4-07-2020, 07:16           
Bu il Sibirdə yanğın fəlakəti gözlənilir! - Ekoloqlar
Sibir bölgələrində ötənilki «yanğın fəlakəti» təkrarlana bilər. «Qrinpis»in Rusiya şöbəsində belə hesab edirlər.

Təşkilatın əməkdaşları xəbərdarlıq edirlər ki, bu il ötən ilin iyulu ilə müqayisədə yanğınlar xeyli çoxdur. «Termonöqtələrin sayı 4 və artıq dəfə adətən bu fəsil üçün xarakterik olan orta göstəricidən çoxdur» - «Znak.com» “Qrinpis”dən sitat gətirir.

Təbiət mühafizəçiləri həm də «Rosselxoz»un məlumatlarını önə çəkirlər. Bu məlumatlara görə, artıq Rusiyada fəaliyyətdə olan meşə yanğınlarının sahəsi 3 milyon hektara çatıb. Sibirin və Uzaq Şərqin minimum 5 bölgəsi alovlanır - Yakutiyanın, Çukotkanın, Maqadan vilayətinin, Kamçatka və Krasnoyarsk diyarının rayonları alova bürünüb. Ekoloqların sözlərinə görə, demək olar, fəal yanğınların 90 faizi necə deyərlər, nəzarət zonalarında baş verir. Belə ərazilərdə yerli hakimiyyət iqtisadi baxımdan məqsədəuyğun bilməsə, alovu söndürməmək hüququna malikdir.

Rusiya hakimiyyəti 2019-cu il hadisələrindən nəticə çıxarır. O vaxt ümumilkdə, 14,8 milyon hektar ərazi alova bürünmüşdü. “Qrinpis”də hesab edirlər ki, əgər yanğın fəlakəti yenidən təkrarlanarsa, şəhər və qəsəbələr üçün risklər ciddi şəkildə artar. Bu ərazilərdə səhiyyə obyektləri onsuz da pandemiya səbəbilə, yüksək dərəcədə yüklənib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru