İraq Komandılığı ABŞ karvanına hücumu barədə məlumatı təkzib edib
11-08-2020, 08:36
İraq Ordusunun Birgə Əməliyyat Komandanlığının nümayəndəsi general Təhsin əl-Xafəci Küveyt ilə sərhəd yaxınlığında ABŞ hərbi texnikalarının karvanına silahlıların hücum etməsi xəbərlərini təkzib etdi.
Trend-in məlumatına görə, bu barədə general CNN telekanalına bildirib.
Təhsin əl-Xafəci bildirib ki, Birgə Əməliyyatlar Komandanlığı [hücum haqqında] məlumatları inkar edir.
Qeyd edık ki, "Reuters" agentliyi İraq təhlükəsizlik xidmətindəki mənbələrə istinadən bildirib ki, İraq-Küveyt sərhədi yaxınlığında parltayış baş verib.