YUKOS şirkətinin keçmiş rəhbəri Mixail Xodorkovski Rusiya prezidenti Putini “ev heyvanını” qəfəsdə saxlamağa çağırıb. Xodorkovski “ev heyvanı” dedikdə kimi nəzərdə tutduğunu açıqlamasa da, onu “Putinin vassalı” adlandırıb.
Onun sözlərinə görə, ölkədə narazıların sayı artır. Buna səbəb ölkədəki böhran və ölkəni idarəetmə sisteminin sıradan çıxmasıdır. Narazıların sayının artmasl hakimiyyəti də qorxutmağa başlayıb. Qorxan hakimiyyət cəmiyyəti də qorxutmağa çalışır. “Təhlükəli “sevimlilərinizi” qəfəsdə saxlayın və nəticələrə görə cavab verməyə hazır olun”, – deyə o sonda qeyd edib.
Xatırladaq ki, yanvarın 12-də Çeçenistan rəhbəri Ramzan Kadırov müxalifəti “xalq düşməni” adlandırıb və onları çətin iqtisadi durumdan faydalanmaqda ittiham edib.(azadlıq.info)