Smitin Bakıya qarşı sanksiyalar layihəsi keçməyəcək - “Washington Post” 3 səbəbi yazır

21-01-2016, 13:50           
Smitin Bakıya qarşı sanksiyalar layihəsi keçməyəcək - “Washington Post” 3 səbəbi yazır
ABŞ Konqresinin Helskinki komissiyasının həmsədri Kristofer Smitin Azərbaycan hakimiyyətinə qarşı sərt sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsi qəbul olunmayacaq.

Virtualaz.org xəbər verir ki, bu barədə “The Washington Post” qəzetind dərc edilmiş məqaləsində Oksford universitetinin Rusiya və Şərqi Avropa araşdırmaları üzrə magistri, 90-cı illərin əvvələrindən Rusiya xarici siyasətini araşdıran Semuel Ramani yazıb. Və müəllif Smitin layihəsinin qəbul edlməyəcəyini əsaslandırmaq üçün 3 səbəb göstərir.

Məqalədə deyilir ki, Kristofer Smitin dekabr ayında təqdim edilmiş qanun layihəsi Azərbaycan hakimiyyətinin vəzifəlilərinə qarşı viza qadağası, bank hesablarının dondurulması kimi sərt tədbirləri nəzərdə tutur. Bu qanun layihəsinin qəbul edilməsi ABŞ-ın Azərbaycanla münasibətləri kəsməsi demək olardı.

“Lakin Smitin qanun layihəsi çətin ki, keçəcək. Azərbaycanda insan haqları sahəsində problemlərin mövcud olmasına baxmayaraq Birləşmiş Ştatlar bu ölkə ilə həm iqtisadi, həm təhlükəsizlik sahəsində sıx əməkdaşlıq edib. Azərbaycanın ABŞ-la strateji tərəfdaşlıq münasibətlərini üç əsas amillə əsaslandırmaq olar: Azərbaycanın enerji dəhlizi kimi möqeyi, prezident Əliyevin Rusiyanın Gürcüstan və Rusiyanın suverenliyini pozmasına qarşı müqavimət göstərməsi, Azərbaycanın terrorla və şiə radikalizmi ilə mübarizədə Birləşmiş Ştatlarla həmrəyliyi”-müəllif yazır.

Məqalədə daha sonra Azərbaycanın Xəzər regionunun enerji resurslarının Rusiyadan yan ötən dəhlizlə bazarlara çıxarılmasında nə dərəcədə strateji mövqeyə malik olmasından bəhs edilir. Müəllif xatırladır ki, Azərbaycan Krımın ilhaqı və Donbassdakı münaqişədə Ukraynanın ərazi bütövlüyünə dəstək verib. Habelə 2008-ci ildə Rusiya hərbi müdaxiləsi zamanı Gürcüstanın ərazi bütövlüyünə əlindən gələn dəstəyi göstərib. Azərbaycan beynəlxalq terrorçuluqla mübarizədə ABŞ-la həmişə əməkdaşlıq edib və ənənəvi olaraq Rusiya ilə Qərb arasında balanslaşdırma siyasəti aparıb. Ona görə də ABŞ administrasiyası Azərbaycan kimi mühüm tərəfdaşı itirməmək üçün insan haqları sahəsində mövcud olan problemlərə baxmayaraq Bakı ilə münasibətləri kəsməyəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.