Federal Təhlükəsizlik Xidmətinin keçmiş zabiti Aleksandr Litvinenkonun ölümündə Rusiya günahkardır.
Axar.az xəbər verir ki, bu sözlər Böyük Britaniya məhkəməsinə təqdim edilən hesabatda yer alıb. Hesabatda Litvinenkonun öldürülməsi əməliyyatının FTX tərəfindən keçirildiyi bildirilib.
Hesabat müəllifləri həmçinin FTX-yə bu əmrin Təhlükəsizlik Şurasının rəhbəri Nikolay Patruşev və Prezident Vladimir Putin tərəfindən verildiyini iddia ediblər.
Qeyd edək ki, Litvinenko 2000-ci ildə Böyük Britaniyaya qaçıb. O, 2006-cı ildə Britaniya vətəndaşlığını aldıqdan az sonra vəfat edib. Ölümündən sonra aparılan araşdırmalar zamanı Litvenenkonun bədənində radioaktiv polon-210 maddəsi tapılıb.