İsrail Hizbullahın İordan çayının qərb sahilində yerləşən Tulkarme şəhərindəki terror şəbəkəsini deşifrə edib.
Axar.az xəbər verir ki, İsrail mediası Hizbullahın buradakı bölməsinə fələstinli Məhəmməd Zalulun rəhbərlik etdiyini bildirib. Ordunun keçirdiyi əməliyyat zamanı Zalulla bərabər onun iki tərəfdarı da həbs edilib. Zalul Hizbullah lideri Həsən Nəsrullahın oğlu Cavad tərəfindən idarə edilib. Məhz Cavadın sosial şəbəkələrdə həddən artıq aktiv olması sayəsində Zalul Hizbullah sıralarına cəlb olunub.
Bu qruplaşma İsrail ərazisində hərbçilərin öldürülməsini planlaşdırıb. Bunun üçün onlara xaricdən 5 min dollar pul göndərilib.