2068-ci ildə dünyanı gözləyən qorxunc fəlakət – Alimlərdən xəbərdarlıq

30-10-2020, 00:02           
2068-ci ildə dünyanı gözləyən qorxunc fəlakət –
Tədqiqatçılar Apofis asteroidinin “Yarkovski effekti” adlanan bir fenomen səbəbindən sürətləndiyini aşkar ediblər.

Teref.az xəbər verir ki, xaos tanrısının adını daşıyan üç futbol sahəsi ölçüsündə asteroidin dünyaya yaxınlaşdıqda sürətləndiyi ortaya çıxıb.

Elm adamları bunun Apofisin 2068-ci ildə Yer kürəsinə çırpılma ehtimalını artırdığını iddia edirlər.

Havay Universitetinin Astronomiya İnstitutunun tədqiqatçıları Apofis asteroidinin “Yarkovski effekti” səbəbiylə sürətləndiyini kəşf ediblər. Araşdırmaya görə, Apofis Günəş işığı ilə itələnir və meteoritin bəzi hissələri digər hissələrə nisbətən daha sürətli isinir. “Yarkovski sürətlənməsi” də burada meydana çıxır.

2004-cü ildə kəşf edildiyi gündən bəri meteoritin hərəkətini izləyən astronom David Tolen deyib:

“Bu il “Subaru” teleskopu ilə apardığımız yeni müşahidələr Apofisin “Yarkovski sürətlənməsi”ni ortaya çıxardı. Bu, asteroidin ildə təxminən 170 metr irəlilədiyini göstərir. Bu, bu göy cisminin 2068-ci ildə dünyaya çırpılacağını bilmək üçün kifayətdir”.teleqraf.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru