Rusiya Moldovaya siyasi təzyiq üçün ticarət münasibətlərindən istifadə edir?

7-12-2020, 02:29           
Rusiya Moldovaya siyasi təzyiq üçün ticarət münasibətlərindən istifadə edir?
Moldovada qərbyönlü namizədin prezident seçkilərində qalib gəlməsindən dərhal sonra, Moskvanın bu postsovet ölkəsinə yönəlik siyasəti sərt şəkildə dəyişib. Belə ki, Rusiya bu ölkə ilə ticarət münasibətlərindən təzyiq vasitəsi kimi istifadə etməyə başlayıb.

Rusiya KİV-nin yazdığına görə, «Rosselxoznadzor» indi Moldovada istehsal olunmuş gavalı məhsulunda fitosanitar tələblərin pozulması faktlarını aşkarlayıb. Bu barədə dekabrın 4-də idarənin mətbuat xidməti xəbər verib.

Xəbərə görə, 2020-ci ilin yalnız oktyabr və dekabr ayarında Rusiya bazarlarına tədarük edilən Moldova məhsullarında profil üzrə ekspertlər üç halda şərq cücüləri və 4 halda isə boz monolioz çürüyü aşkar ediblər. Bütün hallar üzrə «Rosselxoznadzor» Moldova tərəfə məlumat verib və fitosanitar tələblərin yerinə yetirilməsi üzrə mümkün tədbirlərin görülməsinin vacibliyi barədə xəbərdarlıq edib.

Moldova tərəf isə inandırmağa çalışıb ki, 2018-ci ildən başlayaraq, bitki məhsullarının təhlükəli karantin xəstəliklərindən müdafiəsi istiqamətində kompleks monitorinqlər və profilaktik tədbirlər reallaşdırırlar.

Cücülərlə vəziyyət isə bir qədər mürəkkəbdir. Məsələ burasındadır ki, göstərilən zərərverici dövlət tərəfindən karantin obyekti sayılmır. Bununla bərabər, Kişinyovda bildiriblər ki, fitosanitar mütəxəssislər tərəfindən onlara qarşı da porfilaktik tədbirlər görülür.

«Yaxın vaxtlarda Rusiyadan olan həmkarlarımıza «Rosselxoznadzor»un bundan əvəlki bütün iradları üzrə aparılmış araşdırmaların nəticələri təqdim olunacaq» - Moldova tərəfi əmin edib.

İstənilən halda, Rusiya tərəfinin bu «iradının» məhz Moldovadakı son prezident seçkilərində rusiyayönlü Dodonun məğlub olması ilə bir vaxta təsadüf etməsi haqlı şübhə doğurmaya bilməz. Məsələn, necə oldu ki, indiyə qədər Moldovanın kənd təsərrüfatı məhsullarını «gözünə təpən» Rusiya, məhz indi onlarda «karantin obyektləri» aşkarladı?!












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.