“Saudi Aramco” Asiya üçün qiymətləri qaldırıb – “Bloomberg”

8-12-2020, 00:09           
“Saudi Aramco” Asiya üçün qiymətləri qaldırıb –
Səudiyyə Ərəbistanının “Saudi Aramco” dövlət neft şirkəti Asiya və Aralıq dənizi regionu müştəriləri üçün ixrac qiymətlərini qaldırıb.

“Bloomberg” xəbər verir ki, bu qərar bir çox ölkələrdə əhalinin bu aydan koronavirusa qarşı peyvəndlənəcəyinə dair xəbərlərin təsiri ilə verilib.

Belə ki, “Arab light” neft markasının qiyməti 80 sent qaldırılıb. Halbuki bahalaşmanın 65 sent olacağı gözlənilirdi.

Qeyd edək ki, bir çox ölkələrdə pandemiyanın ikinci dalğası olduğu üçün Səudiyyə Ərəbistanı üç aydır neftin ixrac qiymətlərini qaldırmırdı. (report)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru