Plan üzrə növbəti işlərin aparılması və modernizə edilmək üçün «Taqanroq-Yujnıy» aerodromuna gətirilmiş İl-80 təyyarəsi qarət olunub. Bu təyyarə Amerika Birləşmiş Ştatlarında (ABŞ) «Məşhər günü təyyarəsi» adlandırılır və nüvə zərbəsinin endiriləcəyi halda ali hərbi rəhbərliyin təxliyyə olunması məqsədilə nəzərdə tutulub və silahlı qüvvələrin komanda məntəqəsi kimi fəaliyyət göstərməlidir.
İl-80 təyyarəsinin göyərtəsi kütləvi qırğın silahlarından, o cümlədən, radioaktiv zəhərlənmədən müdafiə vasitələri ilə təmin olunub, ancaq bu vasitələr onu Taqanroq oğrularından qoruya bilməyib.
Təyyarəyə baxış zamanı yük qapağının açıldığı müəyyən olunub. Bu barədə Q.M.Beriyev adına «Taqanroq elmi-texniki kompleks» SC aviasiya təhlükəsizliyi xidmətinin rəisi polisə xəbər verib.
Məlum olub ki, təyyarədən 39 radiostansion blok və daha 5 ədəd demontaj edilmiş «plat» yoxa çıxıb. Yük bölməsinin üzərində əl və ayaq (ayaqqabı) izləri qalıb.