Ermənistanın hakim partiyasının deputatı seçki anonsu verdi: "Heç kim bunu inkar etmir"

11-12-2020, 00:29           
Ermənistanın hakim partiyasının deputatı seçki anonsu verdi:
Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilə bilər.

“Sputnik Armeniya” xəbər verir ki, bu barədə dekabrın 10-da Ermənistanın hakim “Mənim addımım” parlament fraksiyasının deputatı Alen Simonyan jurnalistlərə bildirib.

Onun sözlərinə görə, baş nazir Nikol Paşinyan Qarabağ müharibəsinin yekununun məsuliyyətini boynuna götürüb: “Bunun mütləq nəticələri də olacaq. Heç kim bunu inkar etmir. Vəziyyəti normallaşdırdıqdan sonra növbədənkənar seçkilər keçirilə bilər. Bu, istisna edilmir. Mən növbədənkənar seçkilərin keçirilməsini vacib sayıram”.

O, ultimatumun nəticə verməyəcəyini də vurğulayıb/Report.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru