“Google” və “Amazon” cərimələndi – Səbəb

11-12-2020, 00:30           
“Google” və “Amazon” cərimələndi –
Fransa Milli İnformasiya Azadlığı Komissiyası (CNIL) “cookie” reklam fayllarından qanunsuz istifadə etdikləri üçün “Google LLC” və “Google İreland LTd” şirkətlərini bütövlükdə 100 milyon avro, “Amazon Europe Core” şirkətini isə 35 milyon avro məbləğində cərimələyib.

CNİL-in verdiyi açıqlamaya görə, 7 dekabr tarixli qərar müvafiq olaraq google.fr və amazon.fr saytlarına daxil olan istifadəçilərin kompüterlərinə onlardan xəbərsiz, müvafiq icazə almadan cookie-lər yerləşdirildiyinə görə çıxarılıb.

Qeyd edək ki, server tərəfindən göndərilərək istifadəçi kompüterinin brauzerində saxlanılan cookie saytlara istifadəçiləri tanıyaraq hərəkətlərini yaddaşa vermək imkanı yaradır/Report.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru