MDB çərçivəsində əməkdaşlıq konsepsiyası qəbul olunub – Rusiya XİN-dən açıqlama

11-12-2020, 00:02           
MDB çərçivəsində əməkdaşlıq konsepsiyası qəbul olunub –
MDB ölkələrinin xarici işlər nazirləri arasında onlayn keçirilən görüşdə əməkdaşlığın başlıca istiqamətlərinə dair konsepsiya qəbul edilib.

Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasına görə, görüşdə müxtəlif sahələrdə əməkdaşlıq və inteqrasiya məsələləri müzakirə olunarkən koronavirus pandemiyasının fəsadlarına qarşı birgə fəaliyyətlərə xüsusi diqqət yetirilib.

Həmçinin BMT-nin 75 illiyinə dair birgə bəyanat layihəsi təsdiqlənərək MDB zirvə görüşünə təqdim olunacaq.

MDB ölkələri Xarici İşlər Nazirləri Şurasının növbəti iclası 2021-ci ilin 2 aprel tarixində keçiriləcək/Report.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru