Çin-Hindistan gərginliyi səngimir

12-12-2020, 00:05           
Çin-Hindistan gərginliyi səngimir
Yeni Dehli administrasiyası sərhəd bölgəsində (Çin-Hindistan sərhədi) gərginliyə görə məsuliyyət daşıyır.

Axar.az xəbər verir ki, bu sözləri Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunyinq deyib.

“Çin-Hindistan sərhədində doğrular və yanlışlar bəllidir. Hindistan məsuliyyət daşıyır”, - deyə sözçü bildirib.

Hindistan tərəfi isə bu deyilənləri təkzib edərək qarşı tərəfi günahkar bilib.

“İki ölkə sərhədində son 6 ayda yaşanan gərginlik Çin təxribatlarının nəticəsidir”, - deyə Hindistan XİN sözçüsü Anurag Srivastava deyib.

Qeyd edək ki, iki ölkə arasında yerləşən Ladax bölgəsi mübahisəli ərazi sayılır. Təkcə bu il ərzində sözügedən bölgədə tərəflər arasında bir neçə dəfə silahlı qarşıdurma yaşanıb. Hər iki tərəfdən itkilər olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru