Tramp “BioNTech” və “Pfizer” peyvəndlərinin istifadəsini təsdiqlədi
12-12-2020, 07:05

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatlarda “BioNTech” və “Pfizer” koronavirus peyvnədlərinin razılığını təsdiqləyib.
Bu barədə “Report” TASS-a istinadən xəbər verir.
ABŞ rəhbəri bunu "tarixdə ən böyük elmi nailiyyətlərdən biri" adlandırıb. Ağ Ev rəhbəri qeyd edib ki, Birləşmiş Ştatlarda əhalinin kütləvi şəkildə peyvənd edilməsinə 24 saatdan da tez başlanılacaq.
Ölkənin Qida məhsulları və dərmanların keyfiyyətinə sanitar nəzarət üzrə İdarəsinin (FDA) xarici ekspertlər komitəsi Birləşmiş Ştatlarda təcili olaraq “Pfizer” və “BioNTech” şirkətlərinin koronavirus əleyhinə peyvəndini bəyənməyi tövsiyə edib. Komitənin qərarına əsasən, peyvəndin üstünlükləri 16 yaşdan yuxarı böyüklər və daha yaşlılar üçün yoluxma risklərini azaldır.
Lakin daha əvvəl bildirilirdi ki, ABŞ-ın əczaçılıq nəhəngi “Pfizer” və alman şirkəti “BioNTech” tərəfindən birgə hazırlanmış vaksinin sınaqları zamanı altı nəfər ölüb. ABŞ-ın Ərzaqların və Dərmanların Keyfiyyət məsələləri üzrə İdarəsinin hesabatına əsasən ölümcül nəticə peyvənd edilən, həm də plasebonu almış pasiyentlər qrupunda baş verib. Preparatı alanlar arasında iki insan ölüb, plasebo könüllüləri arasında dörd nəfər dünyasını dəyişib.