Aİ ölkələri peyvəndləməyə eyni vaxtda başlayacaq

12-12-2020, 07:57           
Aİ ölkələri peyvəndləməyə eyni vaxtda başlayacaq
Avropa İttifaqı (Aİ) liderləri Brüsseldəki zirvə toplantısında COVID-19-a qarşı peyvəndin koordinasiyalı şəkildə paylanmasına və peyvəndləməyə başlanılmasına dair razılığa gəliblər.

Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Almaniya kansleri Angela Merkel deyib:

“Biz həm də peyvəndin koordinasiyalı şəkildə paylanmasının, başqa sözlə desək, hər kəs üçün eyni zamanda mövcud olmasının vacibliyindən bəhs etdik”.

Onun sözlərinə görə, eyni anda hamını vaksinasiya etmək mümkün olmasa da, hər şeyi koordinasiyalı şəkildə etmək mümkündür.

“Hamımızın peyvəndə bərabər şəkildə sahib çıxdığımızı göstərmək istəyirik”, - deyə Merkel qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru