Tramp: "ABŞ-da 24 saatdan az bir müddətdə COVID-19-a qarşı pulsuz peyvəndlənməyə başlanılacaq"

12-12-2020, 11:09           
Tramp: "ABŞ-da 24 saatdan az bir müddətdə COVID-19-a qarşı pulsuz peyvəndlənməyə başlanılacaq"
ABŞ-da COVID-19 qarşı peyvəndlənməyə başlanılacaq.

APA-nın xəbərinə görə, bu barədə ABŞ Prezidenti Donald Tramp "Twitter"dəki videomüraciətində bildirib.

Prezident deyib ki, ABŞ-ın Ərzaqların Keyfiyyətinə və Dərmanlara Nəzarət İdarəsi "BionTech" və "Pfizer" şirkətlərinin birgə hazırladığı koronavirus peyvəndinin istifadəsini təsdiqləyib.

"Bu gün ölkəmiz tibbi möcüzəyə nail olub. Doqquz ay ərzində təhlükəsiz və təsirli peyvənd yaratmışıq. Bu, tarixin ən böyük elmi nailiyyətlərindən biridir. Ərzaqların Keyfiyyətinə və Dərmanlara nəzarət İdarəsinin “Pfizer” peyvəndini təsdiqlədiyini məmnuniyyətlə elan edirəm", - deyə Tramp videomüraciətində bildirib.

D. Tramp qeyd edib ki, ABŞ dünyada təhlükəsizliyi və effektivliyi təsdiqlənmiş peyvənd istehsal edən ilk ölkədir.

ABŞ Prezidenti bildirib ki, artıq peyvəndlərin bütün ştatlara göndərilməsinə başlanılıb və 24 saatdan az bir müddətdə peyvəndləmə kampaniyasına başlanılacaq.

D. Tramp əlavə edib ki, peyvəndləmə bütün amerikalılar üçün pulsuz olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru