Yaponiya aviasiyası üçün raket almaqdan imtina etdi
13-12-2020, 02:02

Bölmə: Xəbər lenti
Yaponiya hakimiyyəti 2021-ci ildə öz F-15 qırıcılarının təchizatı üçün Amerika Birləşmiş Ştatlarından raket almaq üçün vəsait ayırmaqdan imtina edib. Bu barədə dekabrın 12-də «Kyodo» agentliyi hökumətdəki mənbələrə istinadla xəbər verib.
Agentliyin yazdığı kimi, qırıcıların modernləşdirilməsinin maliyyələşdirilməsi layihəsinin ölkənin növbəti maliyyə ilinin büdcəsinə daxil edilməsi planlaşdırılmışdı, ancaq böyük xərclər səbəbilə, onu təxirə salmaq qərara alınıb. Layihənin reallaşdırılması üçün 213 milyard ien (205 milyon dollar) vəsait nəzərdə tutulurdu.
Bununla yanaşı, qeyd olunur ki, layihənin ilkin dəyəri bundan təxminən, 5 dəfə aşağı olub. Onun artırılması belə izah olunur ki, amerkalı istehsalçıların raket tikintisi üçün lazımi komponent ehtiyatları tükənir və onlar yeni istehsal xətləri yaratmağa məcburdurlar.
Yaponiya hakimiyyəti özünün 20 ədəd F-15 qırıcılarının modernləşdirilməsini 2027-ci ilə qədər başa çatdırmaq niyyətindədir. Bu layihə onunla əsaslandırılırdı ki, Çin özünün müdafiə gücünü artırır. Ancaq hökumətin indiki qərarı bu planı təxirə salır.
AzPolitika.info