İtaliyada hökumət koalisiyası dağıldı - Səbəb

14-01-2021, 00:14           
İtaliyada hökumət koalisiyası dağıldı - Səbəb
Yanvarın 13-də İtaliyada hökumət koalisiyası dağılıb.

Axar.az xəbər verir ki, keçmiş Baş nazir Matteo Renzinin rəhbərlik etdiyi İtalia Viva Partiyası koalisiyalı hökumətin tərkibində iştirakdan imtina edib və hökumətdəki iki nazirinin fəaliyyətini dayandırıb. Bununla da bitərəf Baş nazir Cüzeppe Kontenin rəhbərlik etdiyi və tərkibinə “Beş ulduz hərəkatı” və sosial-demokratların (“Partido Democratico”) təmsil olunduğu koalisiya ölkə parlamentində mütləq səs çoxluğunu itirmiş olub.

M.Renzinin bu addımı atmasında əsas səbəb kimi Avropa İttifaqının üzv ölkələr üçün nəzərdə tutduğu və koronavirus böhranından çıxış üçün nəzərdə tutulan maliyyə vəsaitlərinin hansı təyinat üzrə xərclənməsindəki fikir ayrılığı göstərilir. Bundan başqa M. Renzi hökumət rəhbəri C. Konte ilə digər mövzularda da ortaq məxrəcə gələ bilmir. M. Renzi dəfələrlə hökuməti Avrozonanın yardım fondu olan Avropa Sabitlik Mexanizmi çərçivəsində kreditlər götürməyə və həmin vəsaitləri ölkənin səhiyyə sistemini dirçəltməyə sərf etməyə çağırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru