FTB Vaşinqton qarışıqlıqları ilə bağlı ABŞ-da kütləvi həbslərə başladı

15-01-2021, 03:56           
FTB Vaşinqton qarışıqlıqları ilə bağlı ABŞ-da kütləvi həbslərə başladı
ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) paytaxt Vaşinqtonda bir həftə əvvəlki qarışıqlıqların 100-dən çox iştirakçısını həbs edib və 200-dən çox potensial qanun pozucusunu müəyyənləşdirib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə FTB-nin rəhbəri Kristofer Rey bildirib.

"Biz və partnyorlarımız ötən həftə cinayətkar fəaliyyətdə - Kapitolinin mühasirəsində iştirak etmiş 100-dən çox insanı həbs etdik”.

O, qeyd edib ki, bununla bağlı təhqiqat davam edir.

FTB rəhbəri bildirib ki, buna oxşar hadisələri törətmək istəyənləri qəti şəkildə xəbərdar etmək istəyir.

"Yanvarın 6-dan artıq 200-dən çox insanı müəyyən etdik. Biz bilirik, siz kimsiniz. Əgər orada olsanız, onda FTB agentləri sizi tapacaqlar", - Rey xəbərdarlıq edib.

Yanvarın 6-da ABŞ prezidenti Donald Trampın tərəfdarları Vaşinqtonda Trampın mitinqindən sonra Kapitoliyə hücum ediblər. Nəticədə Konqresin işi bir neçə saatlıq dayanıb. Qarışıqlıqlar nəticəsində beş nəfər həlak olub, daha bir neçə nəfər xəsarət alıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.