ABŞ Senatı Trampın impiçmentinin müzakirəsini təxirə saldı

27-01-2021, 04:53           
ABŞ Senatı Trampın impiçmentinin müzakirəsini təxirə saldı
ABŞ Senatı sabiq prezident Donald Trampın impiçmentinin müzakirəsini fevralın 9-a qədər təxirə salıb.

Bu barədə “RİA Novosti” agentliyi bildirib.

Qeyd edilir ki, qərar yekdilliklə qəbul edilib.

Daha əvvəl CNN telekanalı bildirib ki, keçmiş dövlət başçısı Donald Tramp hüquqşünaslarla impiçment üzrə prosedurda müdafiə strategiyası haqqında danışıqlar aparır.

Noyabrın 3-də ABŞ-da prezident seçkiləri keçirilib. Seçkilərdə Demokratlar Partiyasının namizədi Cozef Bayden qalib gəlib, lakin Tramp nəticələri tanımayıb.

Yanvarında 6-da Donald Trampın tərəfdarları ABŞ Konqresinin binasına hücum ediblər. Nəticədə parlamentin ötən seçkilərin nəticələrini təsdiq etməli olan iclası yarımçıq qalıb. Bundan sonra Konqres Baydenin qələbəsini rəsmən təsdiqləyib və Trampı Kapitolidə zorakılıqda ittiham edib.

Yanvarın 13-də Konqresin Nümayəndələr Palatası Trampın impiçmenti haqqında qətnamənin qəbuluna səs verib. Sənədə fevralda Senat tərəfindən baxılacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru