Rusiya XİN ABŞ-a etiraz notası verib

28-01-2021, 07:45           
Rusiya XİN ABŞ-a etiraz notası verib
Rusiya XİN ABŞ-a etiraz notası verib
Rusiyanın Xarici İşlər Nazirliyi bəyanat yayıb



“Rusiyadakı etiraz aksiyaları haqda feyklərin yayılması ilə əlaqədar ABŞ-ın Moskvadakı səfirliyinin nümayəndəsinə etiraz notası təqdim edilib”.



AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.



“Təxribat xarakterli kontentin sistemli şəkildə tirajlandığı Amerika rəqəmsal platformalarında Rusiya haqqında feyklərin kütləvi şəkildə yayımlanması, öz növbəsində bu məlumatların ABŞ-ın Moskvadakı səfirliyi tərəfindən də koordinasiyalı şəkildə yayılması qeydə alınıb”, - deyə qurumda qeyd ediblər.



Etiraz notasında bildirilir ki, Rusiya tərəfi cavab addımları atmaq hüququnu özündə saxlayır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru