BƏƏ və Bəhreyn İsraillə birgə İrana qarşı cəbhə yaratmaq istəyir

28-01-2021, 09:14           
BƏƏ və Bəhreyn İsraillə birgə İrana qarşı cəbhə yaratmaq istəyir
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreyn İsrailə İrana qarşı bir cəbhədən çıxış etməyi təklif ediblər.

Turkustan.info “Times of Israel”ə istinadən xəbər verir ki, Bəhreynin xarici işlər naziri Əbdül-Lətif əl-Zayani və BƏƏ Xarici İşlər Nazirliyində dövlət naziri Ənvər Qarqaş İsraildə Strateji Araşdırma Mərkəzinin illik konfransına qatılarkən belə bir təkliflə çıxış ediblər.

Tədbirdə İsailin xarici işlər naziri Qabi Aşkenazi də iştirak edib. Konfransın gündəliyindəki əsas məsələ ərəb dövlətləri ilə İsrail arasında münasibətlərin normallaşması və İran təhlükəsi olub.

Əl-Zayani bildirib ki, Bəhreyn, BƏƏ və İsrail İrana qarşı vahid cəbhədən çıxış etməlidir.

Q.Aşkenazinin sözlərinə görə, İran məsələsi ilə bağlı İsrail ABŞ-ın yeni administrasiyası ilə konfrontasiyaya getməlidir, ancaq rəsmi Tehranın nüvə probleminin hərbi yolla həllinə hazırdır. /Report/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru