Qarabağa muzdlular gətirilir? – Balasanyan açıqladı

4-02-2021, 11:10           
Qarabağa muzdlular gətirilir? – Balasanyan açıqladı
Qondarma “dqr” təhlükəsizlik şurasının sədri Vitali Balasanyan Qarabağdakı ermənilərin “təhlükəsizliyini” təmin etmək üçün əraziyə peşəkar muzdluların gətirildiyini bildirib.

Teref.az Ermənistan KİV-nə istinadla xəbər verir ki, Vitali Balasanyanın sözlərinə görə, hazırda Rusiya sülhməramlılarının nəzarətində olan ərazidə terrorçu və separatçı ekstremistlər yeni peşəkar silahlı dəstlər yaradırlar: “Hazırda bu dəstələrin təşkili məsələsi ilə məşğul olurlar. Buradakı erməni kökənli əhalinin “təhlükəsizliyini” təmin etmək üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, jurnalist Ani Sahakyan Balasanyanın bəyanatını cəfəngiyyat adlandırıb. //publika.az//












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru