“ATƏT təhlükəsizliyin təmin olunması üzrə Azərbaycana dəstək göstərəcək”- İsveç XİN

4-02-2021, 11:28           
“ATƏT təhlükəsizliyin təmin olunması üzrə Azərbaycana dəstək göstərəcək”- İsveç XİN
Ötən il Dağlıq Qarabağ münaqişəsinin eskalasiyası və bunun nəticəsində çoxsaylı qurbanların olması münaqişələr uzun müddət həll olunmamış qaldıqda yaranan riskləri açıq-aşkar nümayiş etdirdi.

Bunu Trend-ə İsveç Xarici İşlər Nazirliyindən ölkənin ATƏT sədrliyinə başlamasını şərh edərkən deyiblər.

Nazirlikdən bildiriblər ki, ATƏT-in regionda münaqişələrin tənzimlənməsində razılaşdırılmış prinsiplər və öhdəliklər əsasında kömək göstərməsi İsveçin sədrlik müddətinin prioritet hədəflərindən biri olacaq.

Qeyd olunub ki, 2019-cu ildə ATƏT sədrinin və 2018-ci ildə baş katibinin səfərlərindən sonra ATƏT və Azərbaycan əməkdaşlıqlarını fəallaşdırıb və bundan sonra da bu əməkdaşlığın genişlənməsi üçün digər sahələr tədqiq olunacaq:

Nazirlikdən onu da bildiriblər ki, atəşkəs rejiminin möhkəmlənməsi regionda dayanıqlı sülhün təmin olunması məqsədilə vəziyyətin stabilləşdirilməsi üçün digər tədbirləri görməyə imkan verəcək:

“ATƏT təhlükəsizliyin təmin olunması üzrə üzərinə götürdüyü öhdəliklərin həyata keçirilməsində Azərbaycana dəstəyində sadiqdir”.

WhatsAppFacebookFacebook MessengerTwitter












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru