Ermənistan Müdafiə Nazirliyində həbslər: 2 min dollar qarşılığında…

5-02-2021, 00:28           
Ermənistan Müdafiə Nazirliyində həbslər:
Ermənistan Müdafiə Nazirliyinin yüksək rütbəli polkovniki həbs edilib.

Teref.az teleqraf-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti bəyan edib.

Adı açıqlanmayan polkovniki erməni əsgərlərini rüşvət qarşılığında bir hərbi hissədən digərinə köçürürmüş. Məsələn, polkovnik sentyabrın 13-də bir şəxsən 2 min dollar rüşvət alaraq onun oğlunu bir hərbi hissədən digərinə köçürüb.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, polkovnik hərbi vəziyyətin olduğu dövrdə də vəzifəsindən sui-istifadə edərək bir sıra cinayət əməlləri həyata keçirib. Onun işi üzrə aparılan ilkin istintaq zamanı Müdafiə Nazirliyinin ehtiyacları üçün təmin edilmiş, xüsusən də böyük miqdarda əmlak oğurluğuna dair faktlar da müəyyən edilib.

Hazırda həbs edilən polkovniklə bağlı araşdırma aparılır, onunla əlaqəsi olan 10 nəfər nəzarətə götürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru