ABŞ Navalnıya görə Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır

5-02-2021, 03:28           
ABŞ Navalnıya görə Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır
Bir qrup amerikalı senator ABŞ Konqressinə Aleksey Navalnının həbsinə görə, Rusiyaya qarşı yeni sanksiyalar barədə qanun layihəsi təqdim edib.


"Lenta.ru"nun fevralın 4-də verdiyi xəbərdə bildirilir ki, müvafiq bəyanat respublikaçı senator Mark Rubionun saytında yerləşdirilib.


Məlumata görə, amerikalı senatorlar “Qərəzli fəaliyyətə görə Rusiyanın məsuliyyətə cəlb olunması haqqında” sənədi təkrarən müzakirəyə çıxaracaqlar. Qanun layihəsi “beynəlxalq hüququn rüsvayçı şəkildə pozulmasında əli olan” rusiyalı vəzifəli şəxslərə ünvanlı sanksiyaların tətbiqini nəzərdə tutur. Bu zaman müxalif siyasətçinin zəhərlənməsi və həbs cəzası alması kimi son dövrlərdəki hadisələr nəzərə alınacaq.


Fevralın 2-də Moskvanın Simonov məhkəməsi Navalnının şərti cəzasını həqiqi cəza ilə əvəz edib. Məhkəmə onu şərti hökmdən sonra ictmai əsayişi 60-dan çox halda pozmaqda günahlandırıb. Beləliklə, müxalifət siyasətçi cəzasını ümumi rejimli həbs düşərgəsində çəkməklə, 3,5 il həbs cəzasına layiq görülüb. Amma o, “İv Roşe” işi üzrə erkən istintaq zamanı 1 il ev dustağı olduğu üçün həbsdə ümumilikdə 2 il 8 ay keçirəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.