Lavrovla Blinken arasında ilk telefon danışığı baş tutub

5-02-2021, 07:13           
Lavrovla Blinken arasında ilk telefon danışığı baş tutub
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın dövlət katibi Entoni Blinkenlə telefonla danışıb.

APA TASS-a istinadən xəbər verir ki, S.Lavrov E.Blinkeni yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib və eyni zamanda, müxtəlif mövzularda konstruktiv dialoqa hazır olduğunu bildirib.

“Həmsöhbətlər Strateji Silahların Məhdudlaşdırılmasına dair Müqavilənin 2026-cı ilə qədər uzadılmasını məmnuniyyətlə qarşılayıblar”, - deyə Rusiya XİN-in saytında yayılan məlumatda qeyd olunub.

Bundan başqa, tərəflər silahlara nəzarət sahəsində proqnozlaşdırılmanın təmin edilməsi probleminə toxunublar.

Rusiya XİN-in rəhbəri Moskvanın ikitərəfli münasibətləri normallaşdırmaq üçün ortaq iş görməyə hazır olduğunu çatdırıb. Həmçinin hər iki tərəf Rusiya və ABŞ-ın iki ölkə ərazisindəki diplomatik nümayəndəliklərin fəaliyyətindəki çətinliklərin qarşılıqlı aradan qaldırılmasına hazır olduqlarını vurğulayıblar. Dövlət katibi bu mövzularda ekspert dialoqunun təşkilinə dəstəyini ifadə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru