Gürcüstanda müxalif partiyanın sədri həbs olundu 23-02-2021, 09:52 Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) sədri Nika Meliya həbs olunub.“Report”un yerli bürosu xəbər verir ki, polis onu həbs etmək üçün VMHP-nin baş ofisinə daxil olub.Partiya tərəfdarları hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərməyə cəhd ediblər.N.Meliya polis maşını ilə ərazidən uzaqlaşdırılıb. Facebook-da paylaş