“Paşinyan tamamilə uğursuz oldu” - Solovyov ində də belə deyir...

23-02-2021, 19:56           
“Paşinyan tamamilə uğursuz oldu” -
Rusiyalı teleaparıcı Vladimir Solovyov müəllifi olduğu verilişdə Ermənistan rəhbərliyini tənqid edib.

Azvision.az -ın məlumatına görə, Solovyov baş nazir Nikol Paşinyana söz ataraq deyib ki, məğlub olan özündən başqa hamını günahlandırır.
"Paşinyan Ermənistan xalqının ona verdiyi əsas vəzifələri yerinə yetirmədi. Qarabağı müdafiə etmədi. Azərbaycan Prezidenti isə vəzifəsini yerinə yetiridi. Paşinyan tamamilə uğursuz oldu. Bacarıqsızlığı ilə Qarabağa xəyanət etdi. Bu, mənim şəxsi fikrimdir”.

İkinci Qarabağ müharibəsi zamanı aşkar şəkildə Ermənistanın mövqeyindən çıxış edən Solovyovun indi İrəvan hakimiyyətini tənqid etməsi erməni cəmiyyətində müzakirələrə səbəb olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru