Paşinyan Marukyanla görüşdü

2-03-2021, 15:56           
Paşinyan Marukyanla görüşdü
Ermənistanın baş naziri Nikol Paşinyan "Parlaq Ermənistan" partiyasının və eyni adlı parlament fraksiyasının rəhbəri Edmon Marukyana zəng edərək görüşməyi təklif edib.

Bu barədə Marukyan bildirib. Onun sözlərinə görə, baş nazir ölkədəki vəziyyəti müzakirə etmək istəyib. Xüsusilə bir gün əvvəl Respublika meydanındakı mitinqdə siyasi qüvvələrə ünvanladığı erkən seçki təklifini müzakirə etmək istədiyini vurğulayıb.

"Ehtimal ki, sabah görüşəcəyik. Bütün təklifləri müzakirə edəcəyik. Partiyaların razılığa gəlməsi halında, erkən parlament seçkilərinin təcili keçirilməsinə ehtiyac olacaq".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru