Ballistik raketləri Rusiya atdı – Müxalifətdən bəyanat

7-03-2021, 00:03           
Ballistik raketləri Rusiya atdı –
Suriya Müxalifət və İnqilabçı Qüvvələrin Milli Koalisiyası ötən gün Cerablus və Əl-Baba ballistik raketin atılmasında Rusiyanı günahlandırıb.

Axar.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

“Rusiya kəndləri hədəf alaraq terror həyata keçirir. Ötən gün Rusiya tərəfindən bölgəyə 3 ballistik raket atıldı. Rəsmi Moskvaya beynəlxalq öhdəliklərə əməl etmək üçün təzyiq göstərilməlidir”, - Suriya müxalifətinin bəyanatında bildirilib.

Qeyd edək ki, ötən gün Suriyanın Cerablus və Əl-Bab bölgələrinə ballistik raket atılıb. Hücum zamanı bir çox neft tankerində partlayış olub, eyni zamanda 4 mülki şəxs ölüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru