ABŞ: Zərbə endirməyə hazırıq!

8-03-2021, 00:58           
ABŞ: Zərbə endirməyə hazırıq!
Pentaqon rəhbəri Lloyd Ostin ABŞ Silahlı Qüvvələrinin İraqda yerləşən Eyn-əl-Əsəd hərbi bazasına həyata keçirilən hücumdan sonra cavab zərbəsi endirməyə hazır olduğunu bəyan edib.

Axar.az xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.

Onun sözlərinə görə, hakimiyyət hadisəyə aid məlumatların düzgünlüyünə əmin olmaq istəyir.

"Bu hücumu həyata keçirənlər əmin olsunlar ki, biz özümüzü müdafiə etmək üçün lazımi tədbirlər görəcəyik", — Lloyd deyib.

Pentaqon rəhbəri onu da əlavə edib ki, ABŞ cavab tədbirini yerinə yetirməyi lazım bilsə, zərbənin yeri və vaxtı barədə özü qərar verəcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.